A Seriyası: “Milan”dan Veronada inamlı qələbə

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 36-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

“Salernitana” – “Kalyari” matçında qalib müəyyənləşməyib. Yeddi qolun qeydə alındığı “Venesiya” – “Bolonya” matçında meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Spetsiya” ilə qarşılaşan “Atalanta” da turu qələbə ilə başa vurub.

Lider “Milan” bu turda “Verona” ilə qarşılaşıb. Milanlılar səfər matçından inamlı qələbə ilə ayrılıblar.

Turun maraqlı oyunlarından biri də “Fiorentina” ilə “Roma” arasında keçiriləcək.

İtaliya A Seriyası
36-cı tur

6 may

İnter – Empoli 4:2
Qol: Romanyoli, 40-öz qapısına. L.Martines, 45; 64. A.Sançes, 90+4 – Pinamonti, 5. Asllani, 28.

Cenoa – Yuventus 2:1
Qol: Qudmundsson, 87. Krişito, 90+5-pen – Dibala, 48.

7 may

Torino – Napoli 0:1
Qol: F.Ruis, 73.

Sassuolo – Udineze 1:1
Qol: Skamakko, 6 – Naytink, 77.

Latsio – Sampdoriya 2:0
Qol: Patrik, 41. L.Alberto, 59.

8 may

Spetsiya – Atalanta 1:3
Qol: Verde, 30 – Muriel, 16. Djimsiti, 73. Paşaliç, 87.

Venesiya – Bolonya 4:3
Qol: Henri, 4. Kiyine, 19. Aramu, 78. Yonsen, 90+2 – Orsolini, 45+1. Arnautoviç, 55. Şouten, 68.

Salernitana – Kalyari 1:1
Qol: Verdi, 68-pen – Altare, 90+9.

Verona – Milan 1:3
Qol: Faraoni, 38 – Tonali, 45+3; 50. Florensi, 86.

9 may

22:45. Fiorentina – Roma