A Seriyası: “Milan”la “Roma” xal itirdi, “Yuventus”la “İnter” qalib gəldi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 33-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma baş tutub.

Altı qolun vurulduğu “Salernitana” – “Fiorentina” qarşılaşmasında qalib müəyyənləşməyib. Beş qolun qeydə alındığı “Atalanta” – “Spetsiya” matçında meydan sahibləri qalib gəliblər. “Sampdoriya” isə “Torino” ilə ev oyununda xalsız qalıb.

“Milan” “Kremoneze” ilə ev oyununda məğlubiyyətdən son anda xilas olub. “Roma” da “Montsa” ilə səfər görüşündə xal itirib. Əvəzində “Yuventus” “Leççe”yə, “Latsio” isə “Sassuolo”ya qalib gəlməklə UEFA Çempionlar Liqasına vəsiqə yolunda önəmli addım atıb. “İnter” də səfərdə “Verona”nı 6 cavabsız qolla üstələyib.

Turun qalan iki oyunu sabah keçiriləcək.

İtaliya A Seriyası
33-cü tur
3 may

Atalanta – Spetsiya 3:2
Qol: De Roon, 32. Zappakosta, 48. Muriel, 54 – Qyasi, 18. Burabiya, 64.

Yuventus – Leççe 2:1
Qol: Paredes, 15. Vlahoviç, 40 – Sisey, 37.

Salernitana – Fiorentina 3:3
Qol: B.Dia, 10; 59; 81-pen – N.Qonsales, 36. İkone, 71. Biraqi, 84.

Sampdoriya – Torino 0:2
Qol: Bonjorno, 31. Pelleqri, 90+4.

Milan – Kremoneze 1:1
Qol: Messias, 90+3 – Okereke, 77.

Latsio – Sassuolo 2:0
Qol: F.Anderson, 14. Başiç, 90+2.

Montsa – Roma 1:1
Qol: Kaldirola, 39 – El Şaaravi, 24.

Verona – İnter 0:6
Qol: Qaiç, 31-öz qapısına. H.Çalhanoğlu, 36. Dzeko, 37; 61. L.Martines, 55; 90+2.

4 may

22:45. Empoli – Bolonya
22:45. Udineze – Napoli

Xəbəri sosial şəbəkələrdə paylaş: