Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 36-cı turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında “Sassuolo” doğma meydanda “Montsa” ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, fasilədən sonra iki qol vuran qonaqlar əzmkar qələbəyə seviniblər.
36-cı turun qalan görüşləri 20, 21 və 22 maya təsadüf edəcək.
İtaliya A Seriyası
36-cı tur
19 may
Sassuolo – Montsa 1:2
Qol: Berardi, 45+6-pen – Çiurriya, 60. Pessina, 90+3.
20 may
17:00. Kremoneze – Bolonya
20:00. Atalanta – Verona
22:45. Milan – Sampdoriya
21 may
14:30. Leççe – Spetsiya
17:00. Torino – Fiorentina
20:00. Napoli – İnter
22:45. Udineze – Latsio
22 may
20:30. Roma – Salernitana
22:45. Empoli – Yuventus