Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/23 mövsümünün 28-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha beş qarşılaşma baş tutub.
“Spetsiya” – “Salernitana” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Bolonya” doğma meydanda “Udineze”ni, “Roma” isə “Sampdoriya”nı 3 cavabsız qolla məğlub edib. Səfərdə “Montsa” ilə qarşılaşan “Latsio” da turu qələbə ilə başa vurub.
Turun mərkəzi oyununda isə lider “Napoli” evdə “Milan”la üz-üzə gəlib. Qonaqlar bu oyunda 4 cavabsız qolla qələbə qazanıblar.
Tura sabah keçiriləcək “Empoli” – “Leççe” və “Sassuolo” – “Torino” matçları ilə yekun vurulacaq.
İtaliya A Seriyası
28-ci tur
1 aprel
Kremoneze – Atalanta 1:3
Qol: Çiofani, 56-pen – De Run, 44. Boqa, 72. Lukman, 90+3.
İnter – Fiorentina 0:1
Qol: Bonaventura, 53.
Yuventus – Verona 1:0
Qol: M.Kin, 56.
2 aprel
Bolonya – Udineze 3:0
Qol: Poş, 3. Moro, 12. Barrou, 49.
Montsa – Latsio 0:2
Qol: Pedro, 13. Milinkoviç-Saviç, 56.
Spetsiya – Salernitana 1:1
Qol: Şomurodov, 70 – Kaldara, 43-öz qapısına.
Roma – Sampdoriya 3:0
Qol: Veynaldum, 57. Dibala, 88-pen. El Şaaravi, 90+4.
Napoli – Milan 0:4
Qol: Leao, 17; 59. B.Dias, 25. Salemakers, 67.
3 aprel
20:30. Empoli – Leççe
22:45. Sassuolo – Torino


