Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 34-cü turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Torino” – “Montsa” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Leççe” doğma meydanda “Verona”ya minimal hesabla uduzub. Səfərdə “Atalanta” ilə qarşılaşan “Yuventus” turu inamlı qələbə ilə başa vurub. Çempionluğu ötən tur təmin etmiş “Napoli” isə bu dəfə “Fiorentina”nı sınağa çəkib. Neapol təmsilçisi bu oyundan da qalib ayrılıb.
34-cü turun qalan görüşləri mayın 8-də keçiriləcək.
İtaliya A Seriyası
34-cü tur
6 may
Milan – Latsio 2:0
Qol: Bennaser, 17. T.Hernandes, 29.
Roma – İnter 0:2
Qol: Dimarko, 33. Lukaku, 74.
Kremoneze – Spetsiya 2:0
Qol: Çiofani, 41. Vaskes, 77.
7 may
Atalanta – Yuventus 0:2
Qol: Junior, 56. Vlahoviç, 90+8.
Torino – Montsa 1:1
Qol: Sanabriya, 46 – Kaprari, 86.
Napoli – Fiorentina 1:0
Qol: Osimhen, 74-pen.
Leççe – Verona 0:1
Qol: Nqonqe, 71.
8 may
20:30. Empoli – Salernitana
20:30. Udineze – Sampdoriya
22:45. Sassuolo – Bolonya