Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 28-ci turunun qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda son çempion “Napoli” doğma meydanda “Torino” ilə qarşılaşıb. Neapol təmsilçisi bu görüşdə qələbəni əldən verib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.
28-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İtaliya, A Seriyası
28-ci tur
8 mart
Napoli – Torino 1:1
Qollar: Kvaratsxeliya, 61 – Sanabriya, 64.
9 mart
18:00. Kalyari – Salernitana
18:00. Sassuolo – Frozinone
21:00. Bolonya – İnter
23:45. Cenoa – Montsa
10 mart
15:30. Leççe – Verona
18:00. Milan – Empoli
21:00. Yuventus – Atalanta
23:45. Fiorentina – Roma
11 mart
23:45. Latsio – Udineze