Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Kalyari” – “Torino” matçında meydan sahibləri qələbə qazanıblar.
Günün digər oyunlarında isə qonaqlar qələbəyə seviniblər. “Empoli” evdə “Napoli”yə, “Roma” isə “İnter”ə tək qolla uduzub. “Leççe”nin qonağı olan “Fiorentina” 3 xalı 6 cavabsız qolla qazanıb. “Atalanta” da “Venesiya” ilə səfər oyununda inamlı qələbə qazanıb.
8-ci tura oktyabrın 21-də keçiriləcək “Verona” – “Montsa” matçı ilə yekun vurulacaq.
İtaliya, A Seriyası
8-ci tur
19 oktyabr
Komo – Parma 1:1
Qollar: N.Pas, 45 – Bonni, 20.
Cenoa – Bolonya 2:2
Qollar: Pinamonti, 73; 85 – Orsolini, 37. Odqaard, 56.
Milan – Udineze 1:0
Qol: Çukvueze, 13.
Yuventus – Latsio 1:0
Qol: Gila, 85-öz qapısına.
20 oktyabr
Empoli – Napoli 0:1
Qol: Kvaratsxeliya, 63-pen.
Leççe – Fiorentina 0:6
Qollar: Kataldi, 20; 45. Kolpani, 34; 54. Beltran, 61. Parisi, 72.
Venesiya – Atalanta 0:2
Qollar: Paşaliç, 7. Reteqi, 47.
Kalyari – Torino 3:2
Qollar: Viola, 38. Palomino, 74. Koko, 78-öz qapısına – Sanabriya, 41. Linetti, 55.
Roma – İnter 0:1
Qol: L.Martines, 60.
21 oktyabr
22:45. Verona – Montsa