A Seriyası: “Napoli” yeni mövsümə biabırçı məğlubiyyətlə başladı

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Kalyari” – “Roma” matçında qapılara qol vurulmayıb. “Bolonya” – “Udineze” matçında da qalib müəyyənləşməyib. Səfərdə “Verona” ilə qarşılaşan “Napoli” mövsümə biabırçı məğlubiyyətlə başlayıb. “Latsio” isə elitaya yenicə qayıtmış “Venesiya” ilə ev oyununda inamlı qələbəyə sevinib.

1-ci turun qalan iki oyunu avqustun 19-da keçiriləcək.

İtaliya, A Seriyası
1-ci tur
17 avqust

Cenoa – İnter 2:2
Qollar: Volyakko, 20. Messias, 90+6 – Türam, 30; 82.

Parma – Fiorentina 1:1
Qollar: Man, 22 – Biraqi, 75.

Milan – Torino 2:2
Qollar: Morata, 89. Okafor, 90+5 – Tiav, 30-öz qapısına. Sapata, 68.

Empoli – Montsa 0:0

18 avqust

Bolonya – Udineze 1:1
Qollar: Orsolini, 57-pen – Cannetti, 68.

Verona – Napoli 3:0
Qollar: Livramento, 50. Moskera, 75; 90+4.

Kalyari – Roma 0:0

Latsio – Venesiya 3:1
Qollar: Kastelyanos, 11. Zakkayni, 44-pen. Altare, 81-öz qapısına – Andersen, 3.

19 avqust

20:30. Leççe – Atalanta
22:45. Yuventus – Komo