A Seriyası: “Napoli”dən “Atalanta” üzərində inamlı qələbə

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 26-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Bolonya” – “Latsio” matçında qapılara qol vurulmayıb. “Empoli” doğma meydanda “Udineze”yə minimal hesabla məğlub olub. Lider “Napoli” isə “Atalanta” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

26-cı turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.

İtaliya A Seriyası
26-cı tur
10 mart

Spetsiya – İnter 2:1
Qol: D.Maldini, 55. Nzola, 87-pen – Lukaku, 83.

11 mart

Empoli – Udineze 0:1
Qol: Bekao, 54.

Napoli – Atalanta 2:0
Qol: Kvaratsxeliya, 60. Rahmani, 77.

Bolonya – Latsio 0:0

12 mart

15:30. Leççe – Torino
18:00. Kremoneze – Fiorentina
18:00. Verona – Montsa
21:00. Roma – Sassuolo
23:45. Yuventus – Sampdoriya

13 mart

23:45. Milan – Salernitana

Xəbəri sosial şəbəkələrdə paylaş: