Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.
“Empoli” – “Fiorentina” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Torino” – “Latsio” matçında qonaqlar sevinən tərəf olublar.
“Roma” doğma meydanda “Venesiya”nı, “Komo” “Verona”nı, “Napoli” isə “Montsa”nı məğlub edib.
6-cı tura sabah keçiriləcək “Parma” – “Kalyari” oyunu ilə yekun vurulacaq.
İtaliya, A Seriyası
6-cı tur
27 sentyabr
Milan – Leççe 3:0
Qollar: Morata, 38. T.Hernandes, 41. Pulişiç, 43.
28 sentyabr
Udineze – İnter 2:3
Qollar: Kabasele, 35. Lukka, 83 – Frattezi, 1. L.Martines, 45+3; 47.
Cenoa – Yuventus 0:3
Qollar: Vlahoviç, 48-pen; 55. Konseysao, 89.
Bolonya – Atalanta 1:1
Qollar: S.Kastro, 46 – Samardziç, 90.
29 sentyabr
Torino – Latsio 2:3
Qollar: Adams, 67. Koko, 90+2 – Genduzi, 8. Dia, 60. Noslin, 89.
Roma – Venesiya 2:1
Qollar: Kristante, 74. Pisilli, 83 – Pohyanpalo, 44.
Komo – Verona 3:2
Qollar: Kutrone, 43; 72. Belotti, 89 – Lazoviç, 53. Lambourde, 90+4.
Empoli – Fiorentina 0:0
Napoli – Montsa 2:0
Qollar: Politano, 22. Kvaratsxeliya, 33.
30 sentyabr
22:45. Parma – Kalyari