Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Kalyari” – “Latsio” matçında qonaqlar qalib gəliblər.
Elə altı qolun vurulduğu “Roma” – “İnter” matçı da liderin inamlı qələbəsiylə yekunlaşıb.
“Sassuolo” – “Torino” görüşündə isə tərəflər hərəyə 1 qol və xalla kifayətləniblər.
24-cü turun qalan qarşılaşmaları 11-12 fevralda baş tutacaq.
İtaliya, A Seriyası
24-cü tur
9 fevral
Salernitana – Empoli 1:3
Qollar: Vaysmann, 69 – Zanoli, 23-öz qapısına. Nyanq, 88-pen. Kanselyeri, 90+4.
10 fevral
Kalyari – Latsio 1:3
Qollar: Qaetano, 51 – Deyola, 26-öz qapısına. İmmobile, 49. F.Anderson, 65.
Roma – İnter 2:4
Qollar: Mançini, 28. El-Şaravi, 44 – Açerbi, 17. Türam, 49. Anxelinyo, 56-öz qapısına. Bastoni, 90+3.
Sassuolo – Torino 1:1
Qollar: Pinamonti, 5 – Sapata, 9.
11 fevral
15:30. Fiorentina – Frozinone
18:00. Bolonya – Leççe
18:00. Montsa – Verona
21:00. Cenoa – Atalanta
23:45. Milan – Napoli
12 fevral
23:45. Yuventus – Udineze


