A Seriyası: “Roma” qalib gəldi, “İnter” xal itirdi – Video

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 37-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.

Çempionluğu təmin etmiş “İnter” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Həm bu oyunda, həm də “Udineze” – “Empoli” görüşündə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Sassuolo” evdə “Kalyari”yə, “Montsa” “Frozinone”yə məğlub yola salıb. “Roma” isə doğma meydanda “Cenoa”nı minimal hesabla üstələyib.

37-ci tura mayın 20-də keçiriləcək 2 oyunla yekun vurulacaq.

İtaliya, A Seriyası
37-ci tur
17 may

Fiorentina – Napoli 2:2
Qollar: Biraqi, 40. Nzola, 42 – Rahmani, 8. Kvaratsxeliya, 57.

18 may

Leççe – Atalanta 0:2
Qollar: De Ketelare, 48. Skamakka, 53.

Torino – Milan 3:1
Qollar: Sapata, 26. İliç, 40. R.Rodriqes, 46 – Bennaser, 55-pen.

19 may

Sassuolo – Kalyari 0:2
Qollar: Prati, 71. Lapadula, 90+1-pen.

Montsa – Frozinone 0:1
Qol: Şeddira, 9.

Udineze – Empoli 1:1
Qollar: Samardziç, 90+14-pen – Nyanq, 90-pen.

İnter – Latsio 1:1
Qollar: Dumfris, 87 – Kamada, 32.

Roma – Cenoa 1:0
Qol: Lukaku, 79.

20 may

20:30. Salernitana – Verona
22:45. Bolonya – Yuventus

Xəbəri sosial şəbəkələrdə paylaş: