A Seriyası: “Roma” uduzdu, “İnter” “Atalanta”ya qalib gəldi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 37-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd görüş baş tutub.

“Spetsiya” doğma meydanda “Torino”ya 4 cavabsız qolla məğlub olub. “Fiorentina” doğma meydanda “Roma” ilə qarşılaşıb. Hesabı paytaxt təmsilçisinin açmasına baxmayaraq, florensiyalılar son dəqiqələrdə ardıcıl iki qol vurmaqla əzmkar qələbə qazanıblar.

“Salernitana” da 0:2 hesabıyla geri düşdüyü “Udineze” ilə ev oyunundan əzmkar qələbə ilə ayrılıb. “İnter” isə “Atalanta” üzərində çətin qələbəyə sevinib.

37-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İtaliya A Seriyası
37-ci tur
26 may

Sampdoriya – Sassuolo 2:2
Qol: Qabbyadini, 8. Erliç, 78-öz qapısına – Berardi, 9. M.Enrike, 11.

27 may

Salernitana – Udineze 3:2
Qol: Kastanos, 43. Kandreva, 57. Trost-Ekonq, 90+6 – Zeqelar, 25. Nesterovski, 30.

Spetsiya – Torino 0:4
Qol: Vişnevski, 24-öz qapısına. Riççi, 72. İliç, 76. Karamo, 90+6.

Fiorentina – Roma 2:1
Qol: Yoviç, 85. İkone, 88 – El Şaaravi, 11.

İnter – Atalanta 3:2
Qol: Lukaku, 1. Barella, 3. L.Martines, 77 – Paşaliç, 36. Muriel, 90+1.

28 may

14:30. Verona – Empoli
17:00. Bolonya – Napoli
17:00. Montsa – Leççe
20:00. Latsio – Kremoneze
22:45. Yuventus – Milan