A Seriyası: “Roma” uduzdu, Turin derbisində “Yuve” sevindi

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 24-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə çempionatın aşkar autsayderi “Kremoneze” “Roma”nı qəbul edib. Üç qolun qeydə alındığı qarşılaşma “canavarlar”ın gözlənilməz məğlubiyyəti ilə başa çatıb. Çünki “Kremoneze” bu oyuna qədər cari mövsümdə qələbə qazana bilməmişdi. İlk qələbəsini qazan kollektiv turnir cədvəlində sonuncu pillədən də xilas olub.

Turun son matçında isə “Yuventus” Turinin digər təmsilçisi “Torino” ilə münasibətilərinə aydınlıq gətirib. Altı qolun qeydə alındığı matç “Yuve”nin əzmkar qələbəsiylə yekunlaşıb.

Bu nəticələrdən sonra 65 xala malik “Napoli” vahid liderdir. Liderin əsas izləyiciləri – “İnter”lə “Milan”ın 47 xal var. “Latsio” 45, “Roma” 44, “Atalanta” 41, “Yuventus”la “Bolonya” 35, “Torino” və “Udineze” 31 xal toplayıb.

İtaliya A Seriyası
24-cü tur
25 fevral

Empoli – Napoli 0:2
Qol: İsmaili, 17-öz qapısına. Osimhen, 28.

Leççe – Sassuolo 0:1
Qol: Torstvedt, 65.

26 fevral

Bolonya – İnter 1:0
Qol: Orsolini, 76.

Salernitana – Montsa 3:0
Qol: Kulibali, 52. Kastanos, 65. Kandreva, 71.

Udineze – Spetsiya 2:2
Qol: Beto, 22. R.Pereyra, 55 – Nzola, 6; 72.

Milan – Atalanta 2:0
Qol: Musso, 25-öz qapısına. Messias, 86.

27 fevral

Verona – Fiorentina 0:3
Qol: Barak, 12. Kabral, 38. Biraqi, 89.

Latsio – Sampdoriya 1:0
Qol: Luis Alberto, 80.

28 fevral

Kremoneze – Roma 2:1
Qol: Tsadjut, 17. Çiofani, 83-pen – Spinatsola, 71.

Yuventus – Torino 4:2
Qol: Kuadrado, 16. Danilo, 45+1. Bremer, 71. Rabyo, 81 – Karamo, 2. Sanabria, 43.