A Seriyası: “Roma” və “Latsio” qələbə ilə başladı

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/23 mövsümünün ilk turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Fiorentina” – “Kremoneze” matçında meydan sahibləri qələbə qazanıblar. “Spetsiya” “Empoli”ni, “Latsio” da “Bolonya”ı məğlub yola salıb. “Roma” isə səfərdə “Salernitana” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.

İtaliya A Seriyası
1-ci tur
14 avqust

Fiorentina – Kremoneze 3:2
Qol: Bonaventura, 16. Yoviç, 34. Mandraqora, 90+5 – Okereke, 19. Buonayuto, 68.

Latsio – Bolonya 2:1
Qol: De Silvestri, 68-öz qapısına. İmmobile, 79 – Arnautoviç, 38-pen.

Salernitana – Roma 0:1
Qol: Kristante, 33.

Spetsiya – Empoli 1:0
Qol: Nzola, 36.

Tura sabah keçiriləcək 2 oyunla (“Verona” – “Napoli” və “Yuventus” – “Sassuolo”) yekun vurulacaq. İlk oyun günündə qeydə alınan nəticələr isə belədir:

13 avqust

Milan – Udineze 4:2
Sampdoriya – Atalanta 0:2
Leççe – İnter 1:2
Monza – Torino 1:2