A Seriyası: “Roma” xal itirdi, “İnter” inamlı qələbəyə sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 30-cu turunun qarşılaşmalarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Leççe” – “Roma” matçında qapılara qol vurulmayıb. “Kalyari” – “Verona” və “Sassuolo” – “Udineze” matçlarında da qalib müəyyənləşməyib. Bu iki oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Bolonya” doğma meydanda “Salernitana”nı 3 cavabsız qolla məğlub edib. Lider “İnter” isə “Empoli” üzərində inamlı qələbəyə sevinib.

Beləliklə, 30 turdan sonra 79 xala malik “İnter” vahid liderdir. “Milan” 65 xalla 2-ci, “Yuventus” 59 xalla 3-cü pillədə qərarlaşıb. “Bolonya”nın 57, “Roma”nın 52, “Atalanta”nın 50, “Latsio”nun 46, son çempion “Napoli”nin 45, “Torino”nun 44, “Fiorentina”nın 43, “Montsa”nın 42, “Cenoa”nın 35, “Leççe”nin 29, “Udineze”nin 28, “Verona” və “Kalyari”nin 27, “Frozinone” və “Empoli”nin 25, “Sassuolo”nun 24, “Salernitana”nın 14 xalı var.

İtaliya, A Seriyası
30-cu tur
30 mart

Napoli – Atalanta 0:3
Qollar: Mirançuk, 26. Skamakka, 45. Kopmeyners, 88.

Cenoa – Frozinone 1:1
Qollar: Qudmundsson, 30-pen – Reynier, 36.

Torino – Montsa 1:0
Qol: Sanabriya, 69-pen.

Latsio – Yuventus 1:0
Qol: Maruşiç, 90+3.

Fiorentina – Milan 1:2
Qollar: Dunkan, 50 – Loftus-Çik, 47. Leao, 53.

1 aprel

Bolonya – Salernitana 3:0
Qollar: Orsolini, 14. Salemakers, 44. Likoyannis, 90+2.

Kalyari – Verona 1:1
Qollar: Sulemana, 74 – Bonatsoli, 30.

Sassuolo – Udineze 1:1
Qollar: Defrel, 41 – Toven, 44.

Leççe – Roma 0:0

İnter – Empoli 2:0
Qollar: Dimarko, 5. A.Sançes, 81.