A Seriyası: “Sampdoriya” və “Sassuolo”dan məhsuldar heç-heçə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 37-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Sampdoriya” və “Sassuolo” komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

37-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

İtaliya A Seriyası
37-ci tur
26 may

Sampdoriya – Sassuolo 2:2
Qol: Qabbyadini, 8. Erliç, 78-öz qapısına – Berardi, 9. M.Enrike, 11.

27 may

17:00. Salernitana – Udineze
17:00. Spetsiya – Torino
20:00. Fiorentina – Roma
22:45. İnter – Atalanta

28 may

14:30. Verona – Empoli
17:00. Bolonya – Napoli
17:00. Montsa – Leççe
20:00. Latsio – Kremoneze
22:45. Yuventus – Milan