A Seriyası: “Torino” evdə, “Sampdoriya” səfərdə uduzdu

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 7-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Torino” evdə “Sassuolo” ilə matçdan məğlub ayrılıb. “Bolonya” da doğma meydanda “Empoli”yə məğlub olub. Üç qolun qeydə alındığı “Spetsiya” – “Sampdoriya” matçında isə meydan sahibləri qələbəyə seviniblər.

Tura bazar günü keçiriləcək 6 oyunla yekun vurulacaq.

İtaliya A Seriyası
7-ci tur

16 sentyabr

Salernitana – Leççe 1:2
Qol: Qonsales, 55-öz qapısına – Sisay, 43. Strefetsa, 83.

17 sentyabr

Bolonya – Empoli 0:1
Qol: Bandinelli, 75.

Spetsiya – Sampdoriya 2:1
Qol: Murilyo, 12-öz qapısına. Nzola, 72 – Sabiri, 11.

Torino – Sassuolo 0:1
Qol: A.Alvares, 90+3.

18 sentyabr

14:30. Udineze – İnter
17:00. Kremoneze – Latsio
17:00. Fiorentina – Verona
17:00. Montsa – Yuventus
20:00. Roma – Atalanta
22:45. Milan – Napoli