A Seriyası: “Udineze” səfərdən əzmkar qələbə ilə döndü

Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 8-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Verona” “Udineze”ni qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda “Udineze” əzmkar qələbəyə sevinib.

Beləliklə, 8 turdan sonra “Napoli” və “Atalanta” 20 xalla ilk iki pilləni bölüşürlər. İlk üçlüyü 19 xalla “Udineze” qapayır. “Latsio” və “Milan”ın 17 xalı var. “Roma” 16 xalla 6-cı, “Yuventus” 13 xalla 7-cidir. “Sassuolo” və “İnter”in isə 12 xalı var.

İtaliya A Seriyası
8-ci tur
1 oktyabr

Napoli – Torino 3:1
Qol: Anqissa, 6; 12. Kvaratsxeliya, 37 – Sanabriya, 4.

İnter – Roma 1:2
Qol: Dimarko, 30 – Dibala, 39. Smollinq, 75.

Empoli – Milan 1:3
Qol: Bayrami, 90+2 – Rebiç, 79. Ballo-Ture, 90+4. Leao, 90+7.

2 oktyabr

Latsio – Spetsiya 4:0
Qol: Zakkayni, 12. Romanyoli, 24. Milinkoviç-Saviç, 61; 90+1.

Leççe – Kremoneze 1:1
Qol: Strefetsa, 42 – Çiofani, 19.

Sampdoriya – Montsa 0:3
Qol: Pessina, 11. Kaprari, 67. Sensi, 90+4.

Sassuolo – Salernitana 5:0
Qol: Loryente, 12. Pinamonti, 39. Torstvedt, 53. Harrui, 76. Antiste, 90+1.

Atalanta – Fiorentina 1:0
Qol: Lukman, 59.

Yuventus – Bolonya 3:0
Qol: Kostiç, 24. Vlahoviç, 59. Milik, 62.

3 oktyabr

Verona – Udineze 1:2
Qol: Doiq, 23 – Beto, 70. Biyol, 90+3.