Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə beş qarşılaşma baş tutub.
“Frozinone” – “Leççe” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Verona” doğma meydanda “Sassuolo”nu, “Kalyari” isə səfərdə “Empoli”ni minimal hesabla məğlub edib.
“Atalanta” “Bolonya” ilə ev oyununda məğlubiyyətə üzülüb. Son çempion “Napoli” isə “Yuventus”la ev oyunundan qələbə ilə ayrılıb.
27-ci tura sabah keçiriləcək “İnter” – “Cenoa” oyunu ilə yekun vurulacaq.
İtaliya, A Seriyası
27-ci tur
1 mart
Latsio – Milan 0:1
Qol: Okafor, 88.
2 mart
Udineze – Salernitana 1:1
Qollar: Kamara, 45+3 – Tçauna, 10.
Montsa – Roma 1:4
Qollar: Karboni, 87 – Pelleqrini, 38. Lukaku, 42. Dibala, 63. Pardes, 82.
Torino – Fiorentina 0:0
3 mart
Verona – Sassuolo 1:0
Qol: Sviderski, 79.
Empoli – Kalyari 0:1
Qol: Yankto, 69.
Frozinone – Leççe 1:1
Qollar: Şeddira, 45+2 – Çerofolini, 62-öz qapısına.
Atalanta – Bolonya 1:2
Qollar: Lukman, 28 – Zirkze, 57. Ferquson, 61.
Napoli – Yuventus 2:1
Qollar: Kvaratsxeliya, 42. Raspadori, 88 – Kyeza, 81.
4 mart
23:45. İnter – Cenoa