A Seriyası: “Yuventus” “Empoli”dən 4 qol buraxdı, “Roma” büdrədi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2022/2023 mövsümünün 36-cı turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Roma” – “Salernitana” matçında qalib müəyyənləşməyib. “Yuventus” isə səfərdə “Empoli” ilə qarşılaşıb. Turin təmsilçisi bu oyunda böyük hesabla uduzub.

Beləliklə, 36 turdan sonra çempionluğu təmin etmiş və 86 xala malik “Napoli” vahid liderdir. “Latsio” 68 xalla ikinci, “İnter” 66 xalla üçüncü pillədə qərarlaşıb. “Milan”ın 64, “Atalanta”nın 61, “Roma”nın 60 xalı var. Hesabından 10 xal silinən “Yuventus” hazırda 59 xalla 7-ci sırada qərarlaşıb. “Montsa”nın 52, “Bolonya”, “Torino” və “Fiorentina”nın 50 xalı var.

İtaliya A Seriyası
36-cı tur
19 may

Sassuolo – Montsa 1:2
Qol: Berardi, 45+6-pen – Çiurriya, 60. Pessina, 90+3.

20 may

Kremoneze – Bolonya 1:5
Qol: Çiofani, 90+1 – Arnautoviç, 14. Ferquson, 27. Poş, 45+1. Orsolini, 45+1. Sansone, 80.

Atalanta – Verona 3:1
Qol: Zappakosta, 22. Paşaliç, 62. Hoylund, 62 – Lazoviç, 11.

Milan – Sampdoriya 5:1
Qol: Leao, 9. Jiru, 23; 29-pen; 68. B.Dias, 63 – Kvalyarella, 20.

21 may

Leççe – Spetsiya 0:0

Torino – Fiorentina 1:1
Qol: Sanabriya, 66 – Yoviç, 48.

Napoli – İnter 3:1
Qol: Anqissa, 67. Di Lorenso, 85. Qaetano, 90+4 – Lukaku, 82.

Udineze – Latsio 0:1
Qol: İmmobile, 61-pen.

22 may

Roma – Salernitana 2:2
Qol: El Şaaravi, 47. Matiç, 83 – Kandreva, 12. Dia, 54.

Empoli – Yuventus 4:1
Qol: Kaputo, 18-pen; 48. Luperto, 21. Pikkoli, 90+2 – Kyeza, 85.