Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 9-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Bolonya” – “Sampdoriya” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Sassuolo” ilə qarşılaşan “İnter” turu qələbə ilə başa vurub.
Son çempion “Milan” isə bu turda “Yuventus”u qəbul edib. Uğursuz mövsüm keçirən Turin təmsilçisi əzəli rəqibinə də məğlub olub.
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
İtaliya A Seriyası
9-cu tur
8 oktyabr
Sassuolo – İnter 1:2
Qol: Frattezi, 60 – Dzeko, 44; 75.
Milan – Yuventus 2:0
Qol: Tomori, 45+1. B.Dias, 54.
Bolonya – Sampdoriya 1:1
Qol: N.Dominqes, 32 – Dyuriçiç, 72.
9 oktyabr
14:30. Torino – Empoli
17:00. Montsa – Spetsiya
17:00. Salernitana – Verona
17:00. Udineze – Atalanta
20:00. Kremoneze – Napoli
22:45. Roma – Leççe
10 oktyabr
22:45. Fiorentina – Latsio