Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 14-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Yuventus” səfərdə “Montsa” ilə qarşılaşıb. Turin təmsilçisi üç qolun qeydə alındığı bu oyundan çətin qələbə ilə ayrılıb.
Turun qalan görüşləri qarşıdakı günlərdə baş tutacaq.
İtaliya, A Seriyası
14-cü tur
1 dekabr
Montsa – Yuventus 1:2
Qollar: Karboni, 90+1 – Rabyo, 12. Qatti, 90+4.
2 dekabr
18:00. Cenoa – Empoli
21:00. Latsio – Kalyari
23:45. Milan – Frozinone
3 dekabr
15:30. Leççe – Bolonya
18:00. Fiorentina – Salernitana
18:00. Udineze – Verona
21:00. Sassuolo – Roma
23:45. Napoli – İnter
4 dekabr
23:45. Torino – Atalanta