Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Bolonya” – “Atalanta” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Səfərdə “Udineze” ilə qarşılaşan son çempion “İnter” beş qolluq bu oyundan çətin qələbə ilə ayrılıb.
“Cenoa”nın qonağı olan “Yuventus” isə bu oyunda darmadağına sevinib.
6-cı turun qalan görüşləri sentyabrın 29-da və 30-da keçiriləcək.
İtaliya, A Seriyası
6-cı tur
27 sentyabr
Milan – Leççe 3:0
Qollar: Morata, 38. T.Hernandes, 41. Pulişiç, 43.
28 sentyabr
Udineze – İnter 2:3
Qollar: Kabasele, 35. Lukka, 83 – Frattezi, 1. L.Martines, 45+3; 47.
Cenoa – Yuventus 0:3
Qollar: Vlahoviç, 48-pen; 55. Konseysao, 89.
Bolonya – Atalanta 1:1
Qollar: S.Kastro, 46 – Samardziç, 90.
29 sentyabr
14:30. Torino – Latsio
17:00. Roma – Venesiya
17:00. Komo – Verona
20:00. Empoli – Fiorentina
22:45. Napoli – Montsa
30 sentyabr
22:45. Parma – Kalyari