Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, 2024-cü ilə təsadüf edən sonuncu turun ikinci oyun günündə də dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Yuventus” – “Fiorentina” və “Udineze” – “Torino” oyunlarında qalib müəyyənləşməyib. “Milan”la “Roma”nın görüşündə də komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Napoli” isə doğma meydanda “Venesiya”nı 1 qolla üstələyib.
İlin son turuna dekabrın 30-da keçiriləcək son iki oyunla yekun vurulacaq.
İtaliya, A Seriyası
18-ci tur
28 dekabr
Empoli – Cenoa 1:2
Qollar: Espozito, 74 – Badel, 46. Ekuban, 68.
Parma – Montsa 2:1
Qollar: Hernani, 56-pen. Valenti, 90+8 – P.Pereyra, 85.
Kalyari – İnter 0:3
Qollar: Bastoni, 53. L.Martines, 71. H.Çalhanoğlu, 78.
Latsio – Atalanta 1:1
Qollar: Dele-Başiru, 27 – Breşianini, 88.
29 dekabr
Udineze – Torino 2:2
Qollar: Ture, 41. Lukka, 49 – Adams, 53. Riççi, 64.
Napoli – Venesiya 1:0
Qol: Raspadori, 79.
Yuventus – Fiorentina 2:2
Qollar: Türam, 20; 48 – Kin, 38. Sottil, 87.
Milan – Roma 1:1
Qollar: Reynders, 16 – Dibala, 23.
30 dekabr
21:30. Komo – Leççe
23:45. Bolonya – Verona