Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 11-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Bolonya” doğma meydanda “Leççe”yə minimal üstünlüklə qalib gəlib.
“Milan” da səfərdə “Montsa”nı oxşar hesabla üstələyib. “Udineze”nin qonağı olan “Yuventus” isə bu turu inamlı qələbə ilə başa vurub.
Turun qalan görüşləri noyabrın 3-də və 4-də keçiriləcək.
İtaliya, A Seriyası
11-ci tur
2 noyabr
Bolonya – Leççe 1:0
Qol: Orsolini, 85.
Udineze – Yuventus 0:2
Qollar: Okoye, 19-öz qapısına. Savona, 37.
Montsa – Milan 0:1
Qol: Reynders, 43.
3 noyabr
15:30. Napoli – Atalanta
18:00. Torino – Fiorentina
21:00. Verona – Roma
23:45. İnter – Venetsiya
4 noyabr
21:30. Empoli – Komo
21:30. Parma – Cenoa
23:45. Latsio – Kalyari


