A Seriyasına vəsiqə qazanan sonuncu klub bəlli oldu

Yeni mövsümdə futbol üzrə İtaliya A Seriyasında mübarizə aparacaq sonuncu klub bəlli olub.

Arena.az xəbər verir ki, B Seriyasının pley-off mərhələsinin qalibi olan “Venesiya” elitaya vəsiqə əldə edib.

Sözügedən komanda finalda “Çittadella”dan güclü olub. Səfərdə baş tutan ilk oyunda 1:0 hesabıyla qalib gələn venesiyalılar, doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıblar. Nəticədə bu komanda 19 illik fasilədən sonra yenidən elitada oynamaq hüququ qazanıb. “Venesiya” sonuncu dəfə 2001/02 mövsümündə A Seriyasında mübarizə aparıb.

“Venesiya” “Empoli” və “Salernitana”dan sonra A Seriyasına yüksələn 3-cü klub olub. Bu üç komanda 2020/21 mövsümünün yekununa əsasən elitanı tərk edən “Benevento”, “Krotone” və “Parma”nı əvəz edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: