A Seriyasına yüksələn ilk komanda bəlli oldu

Futbol üzrə İtaliya B Seriyasının qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, “Empoli” sona iki tur qalmış çempionluğu təmin edib.

Sözügedən komanda bu gün baş tutan 36-cı tur çərçivəsində doğma meydanda “Kozensa”nı 4:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xallarını 70-ə çatdıran “Empoli”, izləyiciləri üçün əlçatmaza çevrilib. Hazırda bu komanda ən yaxın izləyicisi “Salernitana”nı 7 xal qabaqlayır.

“Empoli” B Seriyasının çempionu olmaqla yanaşı, A Seriyasına vəsiqəni də təmin edib. Bu, elitaya ilk vəsiqədir. Növbəti vəsiqələrin taleyinə son turlarda aydınlıq gələcək. Hazırda 36 oyuna 63 xalı olan “Salernitana” ikincidirsə, 61 xala malik “Leççe” ilə “Monza” üçüncü-dördüncü pillələri bölüşür. Beşinci olaan “Venesiya”nın isə 57 xalı var.

Xəbəri sosial şəbəkələrdə paylaş: