A Seriyasında meydan sahiblərinin günü

Futbol üzrə İtaliya A Seriyasında 9-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Torino” doğma meydanda “Cenoa” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəyə seviniblər.

“Spetsiya” isə səfərdə “Sampdoriya”nın qonağı olub. Bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası
9-cu tur
22 oktyabr

Torino – Cenoa 3:2
Qol: Sanabriya, 14. Pobeqa, 31. Brekalo, 77 – Destro, 70. Kaysedo, 81.

Sampdoriya – Spetsiya 2:0
Qol: Qyasi, 15-öz qapısına. Kandreva, 36.

23 oktyabr

17:00. Salernitana – Empoli
20:00. Sassuolo – Venetsiya
22:45. Bolonya – Milan

24 oktyabr

14:30. Atalanta – Udineze
17:00. Fiorentina – Kalyari
17:00. Verona – Latsio
20:00. Roma – Napoli
22:45. İnter – Yuventus

Xəbəri sosial şəbəkələrdə paylaş: