A Seriyasında “Milan”ı məğlub edən tapıldı

Futbol üzrə İtaliya A Seriyasında 13-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Açılış matçında “Atalanta” “Spetsiya”nı qəbul edib. Kifayət qədər məhsuldar alınan bu görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

“Yuventus” bu turda çətin “Latsio” səfərinə yollanıb. Turin təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib. Hər iki qolu penaltidən fərqlənən Leonardo Bonuççi vurub.

Turnir cədvəlinin ikinci pilləsində yer alan “Milan”ın rəqibi isə “Fiorentina” olub. Yeddi qolun qeydə alındığı bu görüş meydan sahiblərinin qələbəsiylə bitib. Bu, “Milan”ın cari mövsümdə A Seriyasında aldığı ilk məğlubiyyətdir. Hazırda İtaliya çempionatında yalnız lider “Napoli”yə qalib gələn tapılmayıb.

Turun mərkəzi görüşü Milan şəhərində keçiriləcək. Lider “Napoli” “İnter”in qonağı olacaq.

İtaliya A Seriyası
13-cü tur
20 noyabr

Atalanta – Spetsiya 5:2
Qol: Paşaliç, 18; 41. Sapata, 38-pen. Muriel, 83. Malinovski, 89 – Nzola, 11; 90+1.

Latsio – Yuventus 0:2
Qol: Bonuççi, 23-pen; 83-pen.

Fiorentina – Milan 4:3
Qol: Dunkan, 15. Saponara, 45+1. Vlahoviç, 60; 86 – İbrahimoviç, 62; 67. Venuti, 90+6-öz qapısına.

21 noyabr

15:30. Sassuolo – Kalyari
18:00. Bolonya – Venetsiya
18:00. Salernitana – Sampdoriya
21:00. İnter – Napoli
23.45. Cenoa – Roma

22 noyabr

21:30. Verona – Empoli
23:45. Torino – Udineze