A Seriyasında qiyməti ən çox artmış oyunçular bəlli oldular

“Transfermarkt” internet-portalı İtaliya A Seriyasında transfer dəyəri ən çox artmış oyunçuların onluğunu açıqlayıb.

Arena.az məlumat verir ki, siyahının zirvəsində “Atalanta”nın italiyalı mərkəz hücumçusu Mateo Reteqi qərarlaşıb.

Cari mövsümdə uğurlu çıxışı ilə diqqət mərkəzində olan Reteqinin transfer dəyəri 12 milyon avro məbləğində artaraq, 28 milyon avro məbləğ təşkil edir.

2-ci pillədə isə “Atalanta”nın isveçli mərkəz müdafiəçisi İsak Hin qərarlaşıb. İsveçli futbolçunun transfer dəyəri 11 milyon avro məbləğində artıb və 20 milyon avro məbləğ təşkil edir.

İlk üçlüyü “Milan”ın və ABŞ yığmasının sağ cinah hücumçusu Kristian Pulişiç qapayır. Pulişiçin transfer dəyəri 10 milyon avro məbləğində artıb və 50 milyon məbləğ təşkil edir.

“Transfermarkt” internet-portalına görə, İtaliya A Seriyasında transfer dəyəri ən çox artmış futbolçuların onluğunu təqdim edirik:

  1. Mateo Reteqi (“Atalanta”) – 28 milyon avro (+12 milyon avro);
  2. İsak Hin (“Atalanta”) – 20 milyon avro (+11 milyon avro);
  3. Kristian Pulişiç (“Milan”) – 50 milyon avro (+10 milyon avro);
  4. Kənan Yıldız (“Yuventus”) – 40 milyon avro (+10 milyon avro);
  5. Ademola Lukman (“Atalanta”) – 40 milyon avro (+10 milyon avro);
  6. Ederson (“Atalanta”) – 40 milyon avro (+10 milyon avro);
  7. Canluka Skamakka (“Atalanta”) – 35 milyon avro (+10 milyon avro);
  8. Yan-Aurel Bissek (“İnter”) – 25 milyon avro (+9 milyon avro);
  9. Dan Ndoye (“Bolonya”) – 22 milyon avro (+8 milyon avro);
  10. Albert Qudmundsson (“Fiorentina”) – 30 milyon avro (+8 milyon avro).
Xəbəri sosial şəbəkələrdə paylaş: