A Seriyasının “Bolonya” – “Milan” oyunu təxirə salındı

Futbol üzrə İtaliya A Seriyasının 9-cu turu çərçivəsində keçirilməsi nəzərdə tutulmuş “Bolonya” – “Milan” oyunu təxirə salınıb.

Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məulmat verir.

Oyun əlverişsiz hava şəriti səbəbilə təxirə salınıb. Təqvim üzrə oyun oktyabrın 26-da baş tutmalı idi.

Daha əvvəl, Bolonya şəhər meriyası fövqəladə hava şəraiti ilə əlaqədar olaraq “Renato Dal-Ara” stadionunun şəhərin “gərgin bölgəsində” yerləşəcəyini və güclü yağış və daşqınların başlayacağı səbəbindən bağlanacağı barədə bəyanat yayıb.

Qeyd edək ki, Bolonyada bir neçə saat güclü yağış yağması səbəbindən, çaylar daşıb və küçələri su basıb.

8 turdan sonra “Milan” 14 xalla A Seriyasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Bolonya” isə 9 xalla 12-ci yerdədir.

Təxirə salınmış oyunun keçirilmə vaxtı isə daha sonra müəyyənləşdiriləcək. İfrat sıx oyun təqvimi mənzərəsində İtaliya A Seriyasının rəhbərliyi öncədən qərar verməkdə çətinlik yaşayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: