Aaron Bupendza seks videosuna görə zindana düşə bilər

MLS klubu “Sinsinnati”nin və Qabon yığmasının 27 yaşlı hücumçusu Aaron Bupendza internetdə yayılmış intim videoya görə həbsə düşə bilər.

Arena.az bu barədə “Sene.news” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, video bədxahlar tərəfindən yayılıb.

Qabon Cinayət Məcəlləsinin 430-cu maddəsində deyilir: “Pornoqrafik materiallarda aşkar edilmiş, bu cür materialları yayan və ya vurğulayan ixtiyari şəxs 5 ilədək müddətə azadlıqdan məhrumetmə və 10 milyon frankdan çox olmayan cərimə ilə cəzalandırılır”.

Həmçinin futbolçu Qabon yığması tərəfindən də diskvalifikasiya edilə bilər.

Hazırda bu iş üzrə istintaq aparılır.

Aaron Bupendza “Sinsinnati”yə 2023-cü ilin iyul ayında Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubundan 6,5 milyon avro qarşılığında keçib. O, MLS təmsilçisində 18 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Bupendza karyerası ərzində “Hatayspor”, “Po”, “Əl-Ərəbi”, “Əl-Şabab”, “Tur”, “Feyrense”, “Ayaçço”, “Bordo” kimi klublarda forma geyinib. 27 yaşlı hücumçu 2016-cı ilin yanvar ayında debüt etdiyi Qabon milli komandasında 33 oyuna çıxıb və 7 qola imza atıb.