İspaniya La Liqasında mübarizə aparan “Atletiko” (Madrid) klubu gənc hücumçusu Abde Rayhani ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2027-ci ilin 30 iyununa qədər paytaxt təmsilçisində qalacaq. Onun bu klubla əvvəlki müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər idi.
Abde Rayhani “Atletiko”nun əsas komandasında debüt şansı qazanmayıb. Mərakeşdən olan istedadlı hücumçu Madrid təmsilçisinin gənclərdən ibarət komandasında forma geyinir. O, bu mövsüm gənclərin heyətində meydana çıxdığı 7 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Tam adı Abdellah Rayhani Ennaou olan forvard Mərakeşin U-17 yığmasında da oynayıb. Hazırda isə o, ölkəsinin U-20 millisində forma geyinir.