Abdolbari Gözəl vəfat etdi

Tanınmış iş adamı, “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, “Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdolbari Gözəl vəfat edib.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb:

“Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni, “Tərəqqi” medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, “Azərsun Holdinq”in qurucusu, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gözəl vəfat edib. O, 2001-2015-ci illərdə klubumuzun prezidenti, 2015-2025-ci illərdə fəxri prezidenti olub. Bu illər ərzində komandamız 10 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunun qalibi olub”.

Xatırladaq ki, tanınmış iş adamı bu gün 75 yaşında Dubayda dünyasını dəyişib.

Allah rəhmət eləsin!