Abdolbari Gözəl “Qarabağ”ı təbrik etdi

“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, “Qarabağ”ın fəxri prezidenti Abdolbari Gözəl klub rəsmiləri ilə görüşüb.

Arena.az xəbər verir ki, o, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel, Asif Əsgərov, Rafiq Şahverdiyev, Nazim Quliyev və baş məşqçi Qurban Qurbanovu qəbul edib.

Fəxri prezidentə komandanın 2023/2024 mövsümündə qazandığı Azərbaycan Premyer Liqasının çempionluq kuboku və Azərbaycan Kuboku təqdim olunub.

Abdolbari Gözəl komandanın avrokuboklarda uğurla çıxış etməsi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olması münasibətilə klub rəhbərliyini, baş məşqçini, texniki heyəti, futbolçuları və uğurlarda əməyi keçən bütün əməkdaşları təbrik edib. Fəxri prezident komandaya beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb. O, indiyədək olduğu kimi, bundan sonra da “Qarabağ”a lazım olan maddi və mənəvi dəstəyi verəcəklərini bildirib. Gözəl, komandaya bundan sonra da inamını dilə gətirib.

Xəbəri istədiklərinizlə paylaşın