Abdullah Zubir “Qarabağ”da “200”ə çatdı

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın liderlərindən birinə çevrilən Abdullah Zubir Ağdam klubunun heyətində 200-cü oyununu keçirib. Arena.az xəbər verir ki, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 28-ci turuna təsadüf edib.

“Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə qarşılaşmanın iştirakçısı olub.

Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Azərbaycan Premyer Liqasında 118 (31 qol), Azərbaycan kubokunda 16 (1 qol), avrokuboklarda isə 66 (10 qol) görüşdə şans qazanıb.

Xatırladaq ki, Abdullah Zubir 2018/19 mövsümündən “Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.

Xəbəri sosial şəbəkələrdə paylaş: