Azərbaycan Basketbol Liqasının (ABL) 2025/2026-cı illər mövsümünün 3-cü turunun “Neftçi” – “Gəncə” oyunu təxirə salınıb.
Arena.az bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.
Qarşılaşmanın təxirə salınmasına paytaxt təmsilçisinin Avropa Kubokunda mübarizə aparması əsas göstərilib.
Qeyd edək ki, ABL-də 3-cü turun görüşləri oktyabrın 17-19-u aralığında keçiriləcək. Hesabat turunda “Lənkəran” “Naxçıvan”la, “Ordu” “Sərhədçi” ilə, “Sumqayıt” “Quba” ilə, NTD isə “Abşeron Lions”la qarşılaşacaq. Son çempion “Sabah” da “Şəki” ilə münasibətlərinə aydınlıq gətirəcək.
“Neftçi” isə bu ay Avropa Kubokunun əsas mərhələsinin 1-ci turu çərçivəsində Estoniyanın “Kalev” komandası ilə üz-üzə gələcək. Qarşılaşma oktyabrın 21-də Bakı İdman Sarayında keçiriləcək. Oyuna saat 19:00-da start veriləcək.



