Bir neçə ulduz və bahalı futbolçu bu il keçiriləcək Avropa çempionatını evindən izləməli olacaq.
Arena.az “Transfermarkt”ın göstəricilərinə əsasən növbəti qitə birinciliyində iştirak edə bilməyəcək 10 ən bahalı futbolçu ilə sizi də tanış edir.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun-11 iyula təxirə salınıb. AÇ-2020 Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində təşkil olunmalıdır.
Azərbaycandakı oyunlar Bakı Olimpiya Stadionunda keçiriləcək. Sözügedən arena A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Qitə birinciliyinin bu il də keçirilməyəcəyinə dair xəbərlər dolaşır. Hətta qitə birinciliyinin ayrıca bir ölkədə təşkili ideyası müzakirə olunmaqdadır. Lakin UEFA bu xəbərləri qətiyyətlə təkzib edir və bu il turnirin mütləq təşkil olunacağı vurğulanır.
Beləliklə, AÇ-2020-ni buraxmalı olacaq 10 ən bahalı futbolçu bunlardır:
10. Stefan Saviç (Serbiya) – 22 milyon funt-sterlinq
9. Maraş Kumbulla (Albaniya) – 24.3 milyon funt-sterlinq
8. Nikola Milenkoviç (Serbiya) – 25.2 milyon funt-sterlinq
7. Kostas Manolas (Yunanıstan)- 28.8 milyon funt-sterlinq
6. Filip Kostiç (Serbiya) – 28.8 milyon funt-sterlinq
5. Martin Odeqaard (Norveç) – 36 milyon funt-sterlinq
4. Miralem Pyaniç (Bosniya və Herseqovina) – 36 milyon funt-sterlinq
3. Sergey Milinkoviç-Saviç (Serbiya) – 63 milyon funt-sterlinq
2. Yan Oblak (Slovenya) – 81 milyon funt-sterlinq
1. Erlinq Haaland (Norveç) – 99 milyon funt-sterlinq