AÇ-2020-nin Bakıdakı oyunlarının biletləri satışa çıxarılır

Mayın 15-dən etibarən AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılacaq.

Arena.az xəbər verir ki, biletlərin satış məntəqələri ilə aşağıdakı cədvəldə tanış ola bilərisiniz:

Köşk №1 – M.Rəsulzadə 3., Bakı,
Köşk №2 – Bülbül prospekti, Nizami küç., Bakı
Köşk №3 – Üzeyir Hacıbəyov küç.69x, Bakı
1 saylı “ASAN xidmət” mərkəzi – Həsən Əliyev küç.36, Bakı
2 saylı “ASAN xidmət” mərkəzi – Nobel prospekti 23, AMAY T.M., Bakı
3 saylı “ASAN xidmət” mərkəzi – Abbas Mirzə Şərifzadə 157, Yasamal, Bakı

Biletləri, eyni zamanda, http://www.iticket.az/2020 keçidi vasitəsilə də almaq mümkündür.

Biletləri qiymətləri:
1-ci kateqoriya – 250 AZN
2-ci kateqoriya – 150 AZN
3-cü kateqoriya – 60 AZN

AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

A qrupu
12 iyun, saat 17:00
Uels – İsveçrə

16 iyun, saat 20:00
Türkiyə – Uels

20 iyun, saat 20:00
Türkiyə – İsveçrə

1/4 final mərhələsi
3 iyul, saat 20:00