AÇ-2020-nin Bakıda keçiriləcək Türkiyə – Uels matçının hakimləri açıqlanıb. Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Bakı Olimpiya Stadionunda baş tutacaq görüşün baş hakimi Artur Manuel Riberio Soares Dias olacaq. Ona yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Bartoş Frankovski yerinə yetirəcək.
İyunun 16-da, Bakı Olimpiya stadionunda keçiriləcək Türkiyə – Uels matçına saat 20:00-da start veriləcək.
A qrupunda yer alan Türkiyə millisi Romada baş tutan ilk oyununda İtaliyaya 0:3 hesabıyla uduzub. Uels isə İsveçrə ilə heç-heçəyə razılaşıb – 1:1.