AÇ-2023: Azərbaycan millisi ilk oyunda Fransaya uduzdu

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsinin qrup mərhələsi çərçivəsində ilk oyununu keçirib. Arena.az xəbər verir ki, komandamız bu gün Fransa yığması ilə üz-üzə gəlib.

İlqar Aslanovun rəhbərlik etdiyi yığmamız Bonsiya və Herseqovinanın Şiroki Briyeq şəhərində keçirilən bu oyunda məğlubiyyətə üzülüb. Matçın fasiləsinə qədər nominal meydan sahibləri 2 qol vurublar. Bir epizodda Rüfət Məmmədli fərqi minimuma endirmək şansını qaçırıb. İkinci hissədə də rəqib üstün tərəf olub. Daha 3 qol vuran Fransa yığması 5 cavabsız qolla qələbə qazanıb.

Azərbaycan millisi sabah – martın 23-də, saat 23:00-da Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

AÇ-2023-ün əsas mərhələsi
5-ci qrup
22 mart

Fransa – Azərbaycan 5:0
Qollar: Mamadi Kuyate, 5:59; 24:09. Belaib Lemoyne, 7:02; 38:20. İbrahimi Dukure, 31:57.
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Şilagi (Macarıstan).
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina).
Hakim-inspektor: Antonio Joze Fernandes Kardozo (Portuqaliya).
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya).
Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00.

Fransa: 16. Sampiero Veni, 2. Ayub Asname, 7. Maruane Rezzuq, 10. Qora Diop (k), 18. Hakan Bulbul, 1. Jules Felippean, 5. Yanis Erraddaf, 6. Mamadi Kuyate, 8. Eliott Kolski, 11. İbrahimi Dukure, 19. Simon Bugnet, 20. Yoakim Belaib Lemoyne.
Baş məşqçi: Kleman Lereburs.

Azərbaycan: 12. Sadiq Quliyev, 6. Rüfət Məmmədli, 9. Kənan Rövşəni, 10. Fərid Abbasov (k), 14. Kərim Babayev, 1. Əli Quliyev, 2. Sunay Həsənov, 3. Qüdrət Qasımzadə, 5. Əhməd İsmayılov, 7. İlham Alıyev, 11. Elşən Mahmudov, 13. Şahbaz Həndəmli.
Baş məşqçi: İlqar Aslanov.