AÇ-2023: Azərbaycan millisinin yekun heyətində 18 futbolçu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (AÇ-2023) əsas seçmə mərhələsi üçün heyəti açıqlanıb. Arena.az xəbər verir ki, baş məşqçi Həbib Ağayev qarşıdakı oyunlar üçün 18 futbolçuya dəvət göndərib.

Komandamız seçmə mərhələ oyunları öncəsi – aprelin 1-dən 5-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Yığmamızın heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Aytac Feyzullayeva – Şırnak Belediye Spor (Türkiyə)
  2. Nailə Aliyeva – Neftçi
  3. Milana Rəhimova – Şırnak Belediye Spor (Türkiyə)
  4. Fidan Cəfərova – Xırdalan Siti
  5. Aytac Mirzəyeva – Neftçi
  6. Fatiməyi Zəhra Huseynli – Sumqayıt
  7. Samirə Aşırova – Xırdalan Siti
  8. Müjgan Seyidova – Neftçi
  9. Fatimə Əhmədli – Şırnak Belediye Spor (Türkiyə)
  10. Gencay Şeyma Nur – Yukatel Kayseri (Türkiyə)
  11. Buse Nur Kocabey – Antalyaspor (Türkiyə)
  12. Tuğba Nur Bozkurt – Beykent (Türkiyə)
  13. Eda Nur Mutlu – Qazikentspor (Türkiyə)
  14. Nahidə Məmmədova – Nuxa
  15. Nurçin Tarverdizadə – Xırdalan Siti
  16. Türkan Abdullayeva – Xırdalan Siti
  17. İntizar Haqverdiyeva – Neftçi
  18. Lalə Həsənova – Xırdalan Siti

Xatırladaq ki, AÇ-2023-ün ikinci seçmə mərhələsi UEFA Millətlər Liqası formatında təşkil olunacaq. Azərbaycan millisinin yer aldığı B Liqasının 5-ci qrupunun oyunları 6-11 aprel aralığında Slovakiyada təşkil olunacaq. Komandamız meydan sahibi Slovakiya ilə yanaşı, Monteneqro yığması ilə də qarşılaşacaq.

Komandamızın oyunlarının təqvimini və matçları idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:

Monteneqro – Azərbaycan
Baş hakim: İoanna Allayiotou (Kipr).
Baş hakimin köməkçiləri: Despoina Demosthenus (Kipr), Anna Vieçorek (Polşa).
Dördüncü hakim: Katarjina Lisiçka-Sek (Polşa).
8 aprel. Saat 13:00. Qabçikovo stadionu.

Azərbaycan – Slovakiya
Baş hakim: Marina Jivkoviç (Serbiya).
Baş hakimin köməkçiləri: Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenus (Kipr).
Dördüncü hakim: İoanna Allayiotou (Kipr).
11 aprel. Saat 13:00. Qabçikovo stadionu.

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: