2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində dördüncü tura yekun vurulub. Arena.az xəbər verir ki, bu gün 5 qrup (A, E, F, G və J qrupları) üzrə 11 qarşılaşma baş tutub.
Azərbaycan millisinin yer aldığı F qrupunda iki oyun keçirilib. Qrupun lideri Avstriya millisi İsveçi qəbul edib və 2 cavabsız qolla qalib gəlib. Üç gün əvvəl Bakıda Azərbaycan yığması ilə heç-heçə edən Estoniya isə evdə Belçika millisi ilə qarşılaşıb. Estonlar doğma meydanda darmadağına üzülüblər.
A qrupunda dörd qolun vurulduğu Norveç – Kipr matçı meydan sahiblərinin xeyrinə bitib. Şotlandiya – Gürcüstan matçı isə yarıda qalıb. Buna güclü yağış səbəb olub. Matçın keçirildiyi arenanın meydanını su basdığından onun təmizlənməsi 2 saata yaxın vaxt alıb. Yalnız bu işlər başa çatdıqdan sinra oyun davam edib. 2 cavabsız qolla qalib gələn şotlandlar sürprizə imkan verməyiblər.
E qrupunda Moldova yığması Polşa ilə görüşdə möhtəşəm əzmkarlıq nümayiş etdirib. İlk yarını 0:2 məğlub durumda başa vuran meydan sahibləri fasilədən sonra 3 qol vurmaqla meydanı əzmkar qələbə ilə tərk ediblər. Farer adaları isə Albaniya ilə ev oyununda məğlubiyyətdən qaça bilməyib.
G qrupunda da Bolqarıstan – Serbiya matçı bərabərliklə yekunlaşıb. Macarıstan yığması isə Litva ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Nəhayət, J qrupunda Portuqaliya yığması səfərdə İslandiyaya, Lüksemburq Bosniya və Herseqovinaya, Slovakiya isə Lixtenşteynə qalib gəlib.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 4-cü tur
20 iyun
A qrupu
Şotlandiya – Gürcüstan 2:0
Qol: Makqreqor, 6. Maktominay, 47.
Norveç – Kipr 3:1
Qol: Solbakken, 12. Haland, 56-pen; 60 – Kastanos, 90+3.
Xal: Şotlandiya – 12. Gürcüstan – 4. Norveç – 4. İspaniya – 3. Kipr – 0.
E qrupu
Moldova – Polşa 3:2
Qol: Nikolaesku, 48; 79. Baboqlo, 85 – Milik, 12. Levandovski, 34.
Farer adaları – Albaniya 1:3
Qol: Faero, 45+1 – Bayrami, 20. Asllani, 51. Muçi, 90+2.
Xal: Çexiya – 7. Albaniya – 6. Moldova – 5. Polşa – 3. Farer adaları – 1.
F qrupu
Avstriya – İsveç 2:0
Qol: Baumqartner, 81; 89.
Estoniya – Belçika 0:3
Qol: Lukaku, 37; 40. Bakayoko, 90.
Xal: Avstriya – 10. Belçika – 7. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.
G qrupu
Macarıstan – Litva 2:0
Qol: Varqa, 32. Salai, 83.
Bolqarıstan – Serbiya 1:1
Qol: Despodov, 47 – Lazoviç, 90+6.
Xal: Macarıstan – 7. Serbiya – 7., Monteneqro – 4. Bolqarıstan – 2. Litva – 1.
J qrupu
İslandiya – Portuqaliya 0:1
Qol: Ronaldo, 89.
Bosniya və Herseqovina – Lüksemburq 0:2
Qol: B.Sançes, 4. Sinani, 74.
Lixtenşteyn – Slovakiya 0:1
Qol: Vavro, 45+1.
Xal: Portuqaliya – 12. Slovakiya – 10. Lüksemburq – 7. Bosniya və Herseqovina – 3. İslandiya – 3. Lixtenşteyn – 0.


