AÇ-2024 bombardiri adını 6 futbolçu bölüşdürdü

Məlum olduğu kimi, Avropa çempionatı (AÇ-2024) İspaniya millisinin İngiltərə yığması üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Arena.az məlumat verir ki, yarışın ən sərrast futbolçusu adına 6 futbolçu layiq görülüb:

Jorj Mikautadze (Gürcüstan), Camal Musiala (Almaniya), Kodi Qakpo (Niderland), Daniel Olmo (İspaniya), İvan Şrants (Slovakiya) və Harri Keyn (İngiltərə). Bu oyunçuların hər biri 3 qola imza atıblar və Avropa çempionatının ən sərrast futbolçusu olublar.

Vurğulayaq ki, əvvəlkindən fərqli olaraq, UEFA bu dəfə mütləq qalibin digər göstəricilərin nəzərə alınması ilə müəyyənləşdirilməsinə deyil, vurulmuş qolların sayı ilə təltifinə qərar verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: