AÇ-2024: Bütün qrupların tərkibi dəqiqləşdi

Ötən gecə baş tutan pley-offun final qarşılaşmalarından sonra növbəti Avropa çempionatının (AÇ-2024) bütün iştirakçıları dəqiqləşib.

Arena.az xəbər verir ki, bu il Almaniyada təşkil olunacaq qitənin ən mötəbər yarışının final mərhələsində bütövlükdə 24 komanda mübarizə aparacaq.

Bu komandalar hərəsində 4 kollektivin yer aldığı 6 qrupda mübarizə aparacaqlar.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarını 10 şəhərin 10 stadionu ev qəbul edəcək. Hazırkı Avropa çempionu İtaliyadır.

AÇ-2024-ün final mərhələsində qrupların tərkibi aşağıdakı kimidir:

A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə

B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya

C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə

D qrupu: Polşa, Niderland, Avstriya, Fransa

E qrupu: Belçika, Slovakiya, Rumıniya, Ukrayna

F qrupu: Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya