AÇ-2024: Fransada qumar asılılığına qarşı tədbirə başlanıldı

Avropa çempionatı (AÇ-2024) ərəfəsində Fransa Qumar Oyunları üzrə Milli İdarəsi (ANJ) qumar asılılığına qarşı məlumat tədbirinə başlayıb.

Arena.az bu barədə “iGaming Business” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ANJ-dən önləmə tədbiri Fransanın “Rosbeef!” reklam agentliyi tərəfindən hazırlanıb. Tədbir qumar asılılığının nəticələrinin ciddiliyini ictimaiyyətə, ələlxüsus qumar aludəçilərinə daha yaxşı çatdırmaq üçün sarı bannerlərdən və qumar aludəçilərinin həyatından götürülmüş gerçək hekayələrdən istifadə edir. Bu tədbir çərçivəsində “Snapchat” şəbəkəsində sosial reklamlardan və oyunçuların rəyi açıqlanmış videolardan istifadə ediləcək.

Sorğunun nəticələrinə əsasən, Fransa sakinlərinin 50%-dən çoxu AÇ-2024-ü izləyəcək. Həmçinin sorğu məlum edib ki, ölkə əhalisinin üçdə biri yarışın oyunlarına mərc qoyuluşları etməyi nəzərdə tutub. Təhlilçilər fransalıların AÇ-2024-ün oyunlarına 1 milyard avro məbləğdən çox mərc qoyuluşları edəcəyini təxmin edirlər.

Xatırladaq ki, sayca 17-ci Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. AÇ-2024-ün oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.