2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 8-ci tura yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qrup (C, G və H qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.
C qrupunda İngiltərə – İtaliya matçı böyük maraqla gözlənilir. Ukrayna yığması isə Maltanın qonağı olacaq.
G qrupunda Litva – Macarıstan və Serbiya – Monteneqro görüşləri baş tutacaq.
H qrupunda isə Finlandiya Qazaxıstanı, Şimali İrlandiya Sloveniyanı, San Marino da Danimarkanı qəbul edəcək.
Xatırladaq ki, artıq Portuqaliya, Fransa, Belçika, İspaniya, Şotlandiya, Türkiyə və Belçika yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 8-ci tur
17 oktyabr
C qrupu
22:45. İngiltərə – İtaliya
22:45. Malta – Ukrayna
Xal: İngiltərə – 13. İtaliya – 10. Ukrayna – 10. Şimali Makedoniya – 7. Malta – 0.
G qrupu
22:45. Litva – Macarıstan
22:45. Serbiya – Monteneqro
Xal: Macarıstan – 13. Serbiya – 10. Monteneqro – 8. Litva – 5. Bolqarıstan – 2.
H qrupu
20:00. Finlandiya – Qazaxıstan
22:45. Şimali İrlandiya – Sloveniya
22:45. San Marino – Danimarka
Xal: Sloveniya – 16. Danimarka – 16. Finlandiya – 12. Qazaxıstan – 12. Şimali İrlandiya – 6. San Marino – 0.