AÇ-2024: İngiltərə və İtaliya üçün səfər sınağı

2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün 5-ci tura yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qrup (C, F və İ qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.

C qrupunda İngiltərə yığması Ukraynanın, İtaliya millisi isə Şimali Makedoniyanın qonağı olacaq.

F qrupunda Azərbaycan millisi doğma meydanda Belçika yığması ilə münasibətlərini aydınlaşdıracaq. Qrupun digər matçında Estoniya və İsveç yığmaları üz-üzə gələcəklər.

İ qrupunda da Andorra Belarusu, Kosovo İsveçrəni, Rumıniya da İsraili qəbul edəcək.

AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 5-ci tur
9 sentyabr

C qrupu
20:00. Ukrayna – İngiltərə
22:45. Şimali Makedoniya – İtaliya

Xal: İngiltərə – 12. Ukrayna – 6. İtaliya – 3. Şimali Makedoniya – 3. Malta – 0.

F qrupu
17:00. Azərbaycan – Belçika
20:00. Estoniya – İsveç

Xal: Avstriya – 10. Belçika – 7. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.

İ qrupu
20:00. Andorra – Belarus
22:45. Kosovo – İsveçrə
22:45. Rumıniya – İsrail

Xal: İsveçrə – 10. Rumıniya – 8. İsrail – 7. Belarus – 3. Kosovo – 3. Andorra – 1.