2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində bu gün ikinci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qrup (C, H və J qrupları) üzrə 8 qarşılaşma baş tutub.
C qrupunda İngiltərə yığması Ukraynanı sınağa çəkib. İlk turda səfərdə İtaliya yığmasına qalib gəlmiş britaniyalılar növbəti qələbəyə imza atıblar. İlk turda məğlub olmuş İtaliya millisi isə Maltanın qonağı olub. Apennin təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
H qrupunda Qazaxıstan Danimarkanı, Sloveniya San Marinonu qəbul edib. Bu iki oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Şimali İrlandiya yığması isə Finlandiya ilə ev oyunundan məğlubiyyətlə ayrılıb.
J qrupunda Lixtenşteyn millisi doğma meydanda İslandiyaya, Lüksemburq yığması isə Portuqaliyaya uduzub. Əvəzində Slovakiya yığma komandası Bosniya və Herseqovina ilə ev oyunundan qalib ayrılıb.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 2-ci tur
26 mart
C qrupu
İngiltərə – Ukrayna 2:0
Qol: Keyn, 37. Saka, 40.
Malta – İtaliya 0:2
Qol: Reteqi, 15. Pessina, 27.
Xal: İngiltərə – 6. İtaliya – 3. Şimali Makedoniya – 3. Ukrayna – 0. Malta – 0.
H qrupu
Qazaxıstan – Danimarka 3:2
Qol: Zaynutdinov, 73-pen. Tagibergen, 86. Aymbetov, 89 – Hoylund, 21; 35.
Sloveniya – San Marino 2:0
Qol: Şeşko, 56. Di Mayo, 60-öz qapısına.
Şimali İrlandiya – Finlandiya 0:1
Qol: Kallman, 28.
Xal: Sloveniya – 6. Danimarka – 3. Qazaxıstan – 3. Finlandiya – 3. Şimali İrlandiya – 3. San Marino – 0.
J qrupu
Lixtenşteyn – İslandiya 0:7
Qol: Olafsson, 3. Haraldsson, 38. Gunnarson, 48; 68; 73-pen. Qudyonsen, 85. Ellertsson, 87.
Lüksemburq – Portuqaliya 0:6
Qol: Ronaldo, 9; 31. J.Feliks, 15. B.Silva, 31. Otavio, 77. Leao, 88.
Slovakiya – Bosniya və Herseqovina 2:0
Qol: Mak, 13. Haraslin, 40.
Xal: Portuqaliya – 6. Slovakiya – 4. Bosniya və Herseqovina – 3. İslandiya – 3. Lüksemburq – 1. Lixtenşteyn – 0.


